Azərbaycan, Bakı, 21 avqust /Trend /
"YARAT" Müasir İncəsənət Məkanı "Participate` Bakı Pablik Art 2013" festivalı çərçivəsində amerikalı rəssam Mark Cenkinsin "Manimals" layihəsini, həmçinin Cenkinsin rəhbərlik etdiyi ustad dərslərdə tələbələrin "Animal Planet" kimi movzularda şəhər mühiti üçün hazırladıqları müxtəlif layihələri təqdim edir. Bu barədə Trend Life xəbər verir.
Layihə 21 avqust 2013-cü il tarixində saat 19:00-də Fəvvarələr Meydanında təqdim ediləcək. Layihənin kuratoru Nailə Allahverdiyevadır.
Mark Cenkins 1970-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində dünyaya gəlib. Amerikan sənətçisidir, dünyada dakt-teypdən hazırladığı küçə instalyasiyalarına görə məşhurdur.
Onun əsərləri "Time Out New York", "The Washington Post" və "The Endependent" kimi nəşrlər tərəfindən qeyd olunub. Dünyanın küçə incəsənəti barəsində olan ən məşhur bloqlarından biri Woostercollective.com Mark Cenkinsin işlərini xüsusən təhlil edib.
Rəssam habelə əsərlərini Birləşmiş Statların, Avropanın, Braziliyanın və Birləşmiş Krallığın qalereyalarında sərgilənir.
Cenkinsin layihələri başqalarını da dünyanın hər yerində "Scotch culture" inkişaf etdirməyə ruhlandırıb. Sənətçi fəal şəkildə yeni texnologiyalarını onlayn www.tapesculpture.org elektron səhifəsində irəli sürur və səfər etdiyi şəhərlərdə iş vaxtı efemer heykəllərin yaradılma prosesini öyrədir.
O, hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır.