...

"Facebook"da ən çox dostu olan Şakiradır

Mədəniyyət Materials 22 Mart 2014 11:57 (UTC +04:00)
Müğənni Şakira "Facebook" sosial şəbəkəsində ən çox "bəyənmə" qazanan istifadəçi kimi tanınıb.
"Facebook"da ən çox dostu olan Şakiradır

Azərbaycan, Bakı, 22 mart /Trend/

Müğənni Şakira "Facebook" sosial şəbəkəsində ən çox "bəyənmə" qazanan istifadəçi kimi tanınıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, 86 milyondan çox istifadəçi kolumbiyalı müğənninin səhifəsini bəyənib. Bu, müğənni Rihannanın nəticəsindən 2 milyon "like" çoxdur.

Şakiranın məlumata münasibəti isə belə olub: "Facebook"da ən çox dostu olan mənəm. Hələ də buna inana bilmirəm".

Qeyd edək ki, Şakira "Barselona"nın futbolçusu Xerard Pike ilə evlidir. Cütlüyün Milan adlı bir oğlu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti