Azərbaycan, Bakı, 11 iyul /Trend/
Bu gün, iyulun 11-də "Euronews" telekanalında Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışına həsr edilmiş videoçarx göstərilmişdir. Bu videoçarxda tədbirin açılış mərasimində iştirak edən ali rütbəli qonaqları görmək olar.
Trend-in məlumatına görə, təntənəli açılış mərasimi böyük Azərbaycan müğənnisi və musiqiçisi Müslüm Maqomayevin ifasında əfsanəvi "Azərbaycan" mahnısının sədaları altında atəşfəşanlıqla başa çatmışdır.
Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə iyulun 8-də başlanmış "Azərbaycan - zəngin ənənələr və işıqlı gələcək diyarı" şüarı altında keçirilən mədəniyyət günləri iyulun 31-dək davam edəcəkdir. Kannda keçirilən tədbirlər çərçivəsində muğam sənəti, klassik musiqi və caz nümunələri, Azərbaycan mətbəxi və müasir incəsənət sərgiləri təqdim ediləcəkdir.
Kannda Azərbaycan Mədəniyyəti Günləri müddətində 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar tədbirlər də keçirilir.
Kannda Azərbaycan Mədəniyyəti Günləri “Euronews” telekanalında (VİDEO)
Video Player