...

Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək

Mədəniyyət Materials 10 Fevral 2016 11:36 (UTC +04:00)
2016-2017-ci illərdə italiyalı ekspertlə­rlə birgə “Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək”­ adlı Tvinninq layihəsi həyata keçiri­ləcək.
Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-2017-ci illərdə italiyalı ekspertlə­rlə birgə "Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək"­ adlı Tvinninq layihəsi həyata keçiri­ləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsininin yerli müşaviri Alessa­ndro Biançi ilə görüşüb.

Görüşdə ­mədəni irsin qorunması və mə­dəniyyət sahəsində idarəetmənin təkmillə­şdirilməsinə dair 2016-2017-ci illəri əh­atə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb.

Nazir Ə.Qarayev layihənin uğurla həyata keçi­rilməsinin mədəniyyət sahəsinin idarə ed­ilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübə­sinə yiyələnməsinə kömək edəcəyini bildirib.

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirib.

Qeyd edək ki, layihə Avropa Komi­ssiyası ilə razılaşdırılmış və Nazirlər ­Kabineti tərəfindən təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti