...

Əmir Xəddad "Eurovision 2016"da Fransa, İsrail, Mərakeş, Tunis və İspaniyanı təmsil edəcək

Mədəniyyət Materials 1 Mart 2016 11:38 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İsrail müğənnisi Əmir Xəddad Fransanı "Eurovision 2016" mahnı müsabiqəsində təmsil edəcək. Trend xəbər verir ki, bu barədə qərarı "Eurovision" milli seçmə turuna cavabdeh olan France 2 televiziya şirkətinin rəhbərliyi bəyan edib.

Stokholmdaki müsabiqədə Ə.Xəddad "J'ai cherch" (фр. - "Mən axtarırdım") adlı lirik kompozisiya ilə çıxış edəcək. Mahnının sözləri müğənninin özünə, musiqisi isə gənc fransız bəstəkarlar Nazim Xalid və Joan Erramiyə məxsusdur.

Ə.Xəddad 1984-ci ildə Parisdə yəhudi ailəsində anadan olub. Atası Tunis əsilli yəhudi ailəsindəndir, anası - ispan-mərakeş köklü yəhudidir.

"Eurovision 2016" musiqi yarışması Stokholm şəhərində "Qloub" arenasında keçiriləcək. Yarımfinallar mayın 10-u və 12-də, final isə mayın 14-də olacaq.

Qeyd edək ki, keçən ilin may ayında Avstriyada keçirilən "Eurovision 2015"in qalibi isveçli müğənni Mons Selmerlev olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti