...

“Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim olunub (FOTO)

Mədəniyyət Materials 20 May 2016 17:51 (UTC +04:00)
May 20-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbi R.Behbudov adına Mahnı Teatrında “Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim edib.
“Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim olunub (FOTO)

Bakı. Trend:

May 20-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbi R.Behbudov adına Mahnı Teatrında "Qarabağ inciləri" adlı musiqili tamaşa təqdim edib.

İdarədən Trend-ə verilən məlumata görə, məktəbin müəllim və şagirdləri Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-Hicran" və "Arşın mal alan", V.Adıgözəlovun "Natəvan" operasından "Şuşa", A.Vivaldi "İlin fəsilləri", Bax "Menuet", "Qarabağ şikəstəsi", "Çahargah" rəngi kimi bir çox dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Konservatoriyasının musiqişünas professorları Zemfira Qafarova, Şəfiqə Eyvazova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları, şagirdlər və valideyinlər iştirak ediblər.

Milli mədəniyyətimizi tərənnüm edən musiqili tamaşa hər kəsdə xoş təəsürat yaradıb və anşlaqla keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti