Bakı. Trend:
XOXO klubda “Miss & Mister Azerbaijan 2017” Milli gözəllik müsabiqəsinin seçmə mərhələsinin birinci turu start götürüb. Kastinqdə 45 kişi və qadın iştirak etdi. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi partnyorları, keçmiş müsabiqələrin qalibləri yer almışdılar.
Namizədlərin qiymətləndirilməsi zamanı, onların tək xarici görünüşləri deyil, şəxsi keyfiyyətləri də nəzərə alınıb. Belə ki, iştirakçıların təhsil və mədəniyyət səviyyələri, eyni zamanda ünsiyyətçilik qabiliyyətləri və özlərini təqdim etmə bacarıqları münsiflər tərəfindən diqqətlə izlənilib. Seçim turunun 1 ci mərhələsinin nəticələri 2-ci kastinqdən sonra açıqlanacaq. Xatırladaq ki, ikinci kastinq dekabrın 10, 14:00-da XOXO klubda keçiriləcək. Müsabiqədə iştirak etmək üçün ərizə qəbulu dekabrın 10 kimi davam edəcək.
İştirak üçün anketi buradan doldurmaq mümkündür: http://www.missazerbaijan.org/form2017
İştirakçılar kastinqə gələrkən şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər . Geyim forması: xanımlar üçün – kokteyl geyimi, dik daban ayaqqabı. Kişilər üçün geyim forması sərbəstdir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az