...

Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Fevral 2018 22:40 (UTC +04:00)
Heydər Əliyev Sarayında 2005-2017-ci illər Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib.
Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında 2005-2017-ci illər Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdə Muğam televiziya musabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər.

Konsertdə xanəndələri əməkdar artislər Elçin Həşimov, Elnur Əhmədov və əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşaiyət edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti