...

Metropoliten Operanın “Samson və Dalila” tamaşası Bakıda nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 29 Noyabr 2018 09:24 (UTC +04:00)
Park Cinema - ABŞ Səfirliyi və Cool Connections Art Association-ın dəstəyi ilə Metropoliten Operanın “Samson və Dalila” tamaşasını təqdim edir
Metropoliten Operanın “Samson və Dalila” tamaşası Bakıda nümayiş olunub (FOTO)

Bakı. Trend:

Metropoliten Operanın Fransa bəstəkarı, Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası "Park Cinema Fleym Tauers"də numayiş olunub.

ABŞ Səfirliyindən Trend-ə verilən məlumata görə, bu tamaşa Metropolitan Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edir.

Nyu York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edib. Bu il 2 200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə yeni tamaşaçılara təqdim olunur.

Məşhur opera çox sayda ölkələrdə numayiş olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub: Elina Qarança – Dalila, Robero Alaniya – Samson və azərbaycanlı Elçin Əzizov - Abimeleç rollarinda çıxış edirlər.

Nümayiş "Park Cinema" şəbəkəsi və Sıx əlaqələr Sənət Assosasiyasının və Bakıdakı ABŞ Səfirliyinin dəstəyi ilə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti