...

Miri Yusif: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil olunub (FOTO)

Mədəniyyət Materials 28 Aprel 2019 16:21 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil olunub.
Miri Yusif: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil olunub (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə məşhur ifaçı, Əməkdar artist Miri Yusif deyib.

O, Azərbaycan Gimnastika Federasiyasına ölkədə bu idman növünün inkişafı üçün yaradılmış şəraitə, eləcə də beynəlxalq yarışların belə yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti