Bakı. Trend:
Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfərə gedib.
Trend-in məlumatına görə, Baş İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-u səfər çərçivəsində “Vdoxnoveniye” Mədəniyyət Mərkəzini, A.K.Lyadov adına uşaq musiqi məktəbini, həmçinin Krasnopresneno İncəsənət məktəbini ziyarət edib.
Keçirilən görüşlər zamanı mədəniyyət müəssisələrinin idarəetməsi sahəsində təcrübə mübadiləsi, yeniliklərin tətbiqi, metodologiyalarla paylaşılma üzrə sıx əməkdaşlığa dair şifahi razılaşmalar əldə olunub.
Baş İdarənin nümayəndə heyətinin Moskvaya rəsmi səfəri davam edir.