...

Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2020 12:48 (UTC +04:00)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (“Jen Mironosits” pravoslav kafedralı) kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilir.

Trend-in məlumatına görə, kilsədə şəhidlərin xatirəsi yad edilir, dualar oxunur. Dini ayinlər Arxiyerey Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti