Bakı. Trend:
Azərbaycanın tanınmış opera ifaçısı, Xalq Artisti Fidan Hacıyeva Naxçıvan sakinlərinə videomüraciətində Heydər Əliyev Sarayında keçiriləcək solo konsertinə dəvət edib.
Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan klassik musiqi gecəsi oktyabrın 19.00-da 27-də başlayacaq.
Fidan Hacıyeva beynəlxalq müsabiqələr laureatları Orxan Həşimov və Cahangir Qurbanovun rəhbərliyi ilə Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə çıxış edəcək, konsertmeyster - Əməkdar artist Nərgiz Əliyeva. Konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndiriləcək.
Biletləri Naxçıvandakı Heydər Əliyev Sarayının və Dövlət Milli Dram Teatrının kassalarından əldə etmək olar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.