...

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Seçki 2015 Materials 25 Oktyabr 2015 17:17 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov görüşlərini davam etdirir.
Rafael  Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov görüşlərini davam etdirir.

Seçki qərərgahının qrafikinə uyğun olaraq namizəd bu gün saat 12:00-da və 14:00-da seçicilərlə görüşüb. Analoji olaraq Naxçıvan və T. Əhmədov küçəsinin sakinləri ilə görüşüb.

Rafael Cəbrayılov seçicilərlə səmimi görüşdükdən sonra sakinləri dinlədi. Nəriman Ağaməmmədov çıxış edərək Rafael Cəbrayılova qəsəbə sakinlərinin dəstək olduqlarını bildirdilər. Əsasən Şirvan kanal üzərindən piyada keçidinin zədəli olması vıə sosial məsələlərlə bağlı müraciətlər olunub. Çıxış edən digər seçicilər də Rafael Cəbrayılovun müsbət işlərindən danışaraq, 1 noyabr tarixində ona səs verəcəklərini bildirdilər.

Rafael Cəbrayılov bütün seçicilərə minnətdarlıq edərək, seçki haqqında məlumat verdi. Qeyd etdi ki, seçki prosesinin vacibliyini diqqətdə saxlayaraq 1 noyabr tarixində hər kəs seçkidə iştirak etməlidir.

Şirvan şəhərinin 5 illik deputatının seçilməsində iştirak etmək, növbəti 5 ildə şəhərin tale yüklü məsələsinə töhvə vermək bütün şirvanlıların mənəvi borcudur.

Rafael Cəbrayılov bildirdi ki, etimad göstərib səs verdiyiniz halda deputat səlahiyyətlərim çərçivəsində Şirvan şəhərinin problemərinin həlli istiqamətində fəaliyyət göstərəcəyəm.

Namizədə uğurlar arzulayan seçicilər, Rafael Cəbrayılova dəstək olacaqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti