...

Rafael Cəbrayılov görüşlərini davam etdirir (FOTO)

Seçki 2015 Materials 27 Oktyabr 2015 17:34 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşü Şirvan şəhər, H.Z.Tağıyev küçəsinin sakinləri ilə baş tutub.
Rafael  Cəbrayılov görüşlərini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşü Şirvan şəhər, H.Z.Tağıyev küçəsinin sakinləri ilə baş tutub.

Seçki qərərgahının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sakinlərlə görüşdə Şirvan şəhərində əsasən əhalini narahat edən məsələlərin həlli istiqamətində aparacağı işlərin mahiyyətindən danışan namizəd, hətta həmin məsələlərin seçki platformasında da əks olunduğunu bildirib.

Sakinlər R.Cəbrayılovun deputat fəaliyyətini yüksək qiymətləndirərək, şirvanlı bir ziyalının böyüdüyü Şirvan şəhərindən deputatlığa namizəd olmasına sakinlərin çox sevindiyini bildiriblər.

Görüşdə sakinlər tərəfindən əsasən məhəllənin daxili yolların təmir olunması problemi qaldırılıb. Sakinləri diqqətlə dinləyən R.Cəbrayılov sakinlər səs verib, onu deputat seçəcəkləri halda mövcud problemin həlli istiqamətində səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyini bildirib.

Sakinlər R.Cəbrayılova səs verərəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti