...

ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı seçkilərdə “exit poll” keçirəcəyi məntəqələrin sayını açıqladı

Seçki 2015 Materials 29 Oktyabr 2015 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə birgə "exit poll" keçirəcək Azərbaycan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "AJF&Associates İnc." Təşkilatı bu gün mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, "AJF&Associates İnc." Təşkilatının Əməliyyatlar üzrə direktoru Co Anne Barnhart deyib ki, bu seçkilər üçün geniş və kompleks "exit poll" keçiriləcək.

Azərbaycanda "exit poll" keçirməkdən məmnun olduğunu bildirən A.Barnhart deyib ki, bütün kadrlar lazımi qaydada təlim keçib. O bildirib ki, təmsil etdiyi təşkilatın Azərbaycanda "exit poll" keçirmək təcrübəsi var. "AJF&Associates İnc." 2013-cü ildə prezident seçkilərində də Azərbaycanda "exit poll" keçirib: "Eyni zamanda biz həm 2013-cü il prezident seçkilərindən əvvəl, həm də builki parlament seçkilərindən əvvəl sorğular keçirmişik. Sorğuların nəticələri beynəlxalq aləmdə yayımlanıb və nəticələrdən məmnunluq bildirilib".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası rəhbəri Sahib Məmmədov isə bildirib ki, "Exit poll" 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək və prosesə 2000-dən artıq kadr cəlb ediləcək.

S.Məmmədovun sözlərinə görə, "exit poll" üçün mükəmməl bir metodologiya hazırlayıblar.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Milli Məclisə seçkilərdə "exit poll" keçirməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti