...

“Opinion Way” 210 seçki məntəqəsində “exit poll” keçirəcək

Seçki 2015 Materials 29 Oktyabr 2015 12:42 (UTC +04:00)
Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə birgə “exit poll” keçirəcək Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı mətbuat konfransı keçirib.
“Opinion Way” 210 seçki məntəqəsində “exit poll” keçirəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə birgə "exit poll" keçirəcək Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Elçin Salmanov deyib ki, "exit poll" 118 dairə üzrə 210 seçki məntəqəsini əhatə edəcək: "Naxşıvan Muxtar Respublikası istisna olmaqla "exit poll" Azərbaycanın bütün seçki dairələrini əhatə edəcək".

E.Salmanovun sözlərinə görə, "exit poll"un keçirilməsinə 1000-ə yaxın könüllü gənc cəlb edilib və hazrda həmin gənclərin təlimatlandırılması istiqamətində işlər başa çatmaq üzrədir.

"Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun vitse-prezidenti Bruno Ceanbart isə təmsil etdiyi təşkilat və "exit poll" qaydaları barəsində məlumat verib. B.Ceanbart qeyd edib ki, təşkilatın "exit poll" keçirmək sahəsində geniş təcrübəsi var və bir sıra Avropa ölkələrində də bu işi həyata keçirib.

B.Ceanbart qeyd edib ki, Azərbaycanda keçiriləcək "exit poll"un metodologiyası ölkədəki əvvəlki seçkilərin təcrübəsinə əsasən hazırlanıb. O qeyd edib ki, əvvəlki parlament seçkiləri haqqında məlumatlar toplanılıb və seçki məntəqələri bu məlumatlara əsasən seçilib. B.Ceanbartın sözlərinə görə, məntəqələr seçicilərin bundan əvvəlki parlament seçkilərində aktivliyinə uyğun olaraq seçilib.

B.Ceanbart bildirib ki, "exit poll"da 10 minə qədər insanın iştirak etməsi nəzərdə tutulur və əsas seçki nəticələri ilə "exit poll"un nəticələrinin 80 faiz eyni olacağını gözlənilir. Onun sözlrinə görə, "exit poll"un nəticələri seçki məntəqələrinin bağlanmasından bir saat sonra açıqlanacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabırn 20-də keçirilən iclasında Milli Məclisinə seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə "exit-poll" keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti