Bakı. Hüseyn Vəliyev - Trend:
Türkiyənin elektron xəritəsi yaxın günlərdə “GoMap” (gomap.az) sistemində işə salınacaq.
Bu barədə Trend-ə Azərbaycanın SINAM şirkətindən məlumat verilib.
Türkiyə xəritəsinin “GoMap” sisteminə daxil edilməsi barədə razılaşma Türkiyənin “Infotech” şirkəti ilə əldə edilib.
Qeyd edək ki, “GoMap” layihəsinin təşəbbüskarı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Layihə SINAM şirkəti tərəfindən həyata keçirilir.