...

Bayıl yamacındakı sürüşmə ilə bağlı TƏFƏRRÜATLAR

Gündəm Materials 10 Fevral 2018 15:45 (UTC +04:00)
Bayıl yamacındakı sürüşmə ilə bağlı TƏFƏRRÜATLAR

Bakı. Samir Əli - Trend:

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə uçub.

Trend-in məlumatına görə, sürüşmə bu gün səhər saatlarında baş verib.

Uçan evlər ilk sürüşmə zamanı çat verən evlərdir. 50-yə yaxın evdə hazırda çatlar böyüyüb. Sakinlər sığınacaqlara yerləşdirilib.

Hazırda ərazi polis əməkdaşları tərəfindən nəzarətə alınıb, sürüşmə zonasına sakinlər buraxılmır. Sakinlərin təhlükəsizliyi üçün tədbirlər görülür. Aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti