...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Gündəm Materials 25 Aprel 2018 21:01 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi təklif olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi təklif olunur.

Trend-in məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti