...

Binəqədidə piyadanın ölümündə təqsirləndirilən sürücü bəraət aldı

Gündəm Materials 7 Avqust 2018 16:43 (UTC +04:00)
Bakı şəhər sakini Ramiz Mirzaliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Binəqədidə piyadanın ölümündə təqsirləndirilən sürücü bəraət aldı

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə piyadanın ölümündə təqsirləndirilən Bakı şəhər sakini Ramiz Mirzaliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkil Əli Hüseynovun Trend-ə verdiyi məlumata görə, prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə piyadanın ölümündə sürücünün günahı təsdiqlənməyib və ona bəraət verilib.

Ə.Hüseynovun sözlərinə görə, məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzaliyevin vurduğu piyada xəsarətdən ölməyib.

Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.

O, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.

İttihama görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb.

Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti