...

Qanunsuz ov edən daha 3 nəfər saxlanılıb

Gündəm Materials 24 Sentyabr 2018 12:29 (UTC +04:00)
Qanunsuz ov edən 3 nəfər saxlanılıb.
Qanunsuz ov edən daha 3 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Qanunsuz ov edən 3 nəfər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə 3 nəfər DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti