...

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır!

Gündəm Materials 16 Mart 2019 14:47 (UTC +04:00)
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır!

Bakı. Samir Əli - Trend:

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərər anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti