...

Diqqət! Bu yolda təmir gedir

Gündəm Materials 5 Aprel 2019 16:10 (UTC +04:00)
Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.
Diqqət! Bu yolda təmir gedir

Bakı. Samir Əli - Trend:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti