...

Azərbaycanda təbii və texnogen mənşəli hadisələr zamanı 43 nəfər ölümdən xilas edilib

Gündəm Materials 25 İyul 2019 22:28 (UTC +04:00)
2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur.
Azərbaycanda təbii və texnogen mənşəli hadisələr zamanı 43 nəfər ölümdən xilas edilib

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur.

Trend-in məlumatına görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.

2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 91 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 133 nəfər təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti