...

Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanda öldü

Gündəm Materials 26 İyul 2019 13:30 (UTC +04:00)
Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanda öldü

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Quzanlı qəsəbəsi ərazisində Ədilxan Adıgözəlovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Kazım Heydərovun idarə etdiyi “VAZ-2170” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Ə.Adıgözəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və iyulun 25-də ölüb.

Faktla bağlı Ağdam Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti