...

Bakıda karxana yandı, bir nəfər işçi öldü

Gündəm Materials 23 Sentyabr 2019 12:27 (UTC +04:00)
Bakıda daş karxanasında yanğın olub.
Bakıda karxana yandı, bir nəfər işçi öldü

Bakı. Samir Əli - Trend:

Bakıda daş karxanasında yanğın olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən "Korgöz" daş karxanasında baş verib.

Yanğın gecə saatlarında Şıxəliyev Eldar İmaməli oğluna məxsus daş karxanasının istirahət otağında başlayıb.

Hadisə nəticəsində otaqda olan karxananın operatoru vəzifəsində işləyən Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti