...

Hicran Hüseynova rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

Gündəm Materials 22 Noyabr 2019 11:46 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonlarda sakinlərə görüşə helikopterlə getməsi məsələsinə aydınlıq gətirib.
Hicran Hüseynova rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonlarda sakinlərə görüşə helikopterlə getməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, H.Hüseynova bildirib ki, Komitənin nə helikopteri, nə yaxtası, nə də təyyarəsi var:

“Mənim maşınım bərbad vəziyyətdə olarkən Ağdam və Tərtərdə sakinlərlə görüşə gedə bilməzdim. Mənə dedilər ki, 30-dan çox insan sizi orada gözləyir. Mən hərbçilərə zəng etdim ki, kim gedəcək? Hərbçilər dedilər ki, helikopterlə reys var. Mən hərbi helikopterlə getdim. Bu, təhlükəli bir gediş idi. Mən qısa müddətdə ora çatdım, vətəndaşlarla görüşdüm, onları dinlədim. Avtomobillə gedib gələn zaman itirəcəyim 5 saatdan çox vaxtı vətəndaşlarla görüşə həsr etdim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti