...

DİM sədri: Xroniki xəstəliyi olan abituriyentlər arayış təqdim etməlidir

Gündəm Materials 20 İyun 2020 13:43
İmtahan binasına daxil olmaq üçün aparılan yoxlama zamanı bədən temperaturu yüksək olan abituriyentlər imtahanın başlanmasına 15 dəqiqə qalmışa qədər özlərini təkrar yoxlatdıra bilərlər.
DİM sədri: Xroniki xəstəliyi olan abituriyentlər arayış təqdim etməlidir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

İmtahan binasına daxil olmaq üçün aparılan yoxlama zamanı bədən temperaturu yüksək olan abituriyentlər imtahanın başlanmasına 15 dəqiqə qalmışa qədər özlərini təkrar yoxlatdıra bilərlər.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi abituriyentlər bədən temperaturunun isti hava nəticəsində yüksəldiyini fikirləşə bilərlər:

“Belə abituriyentlər əmin olmaq üçün bir müddətdən sonra yenidən özlərini yoxlatdıra bilərlər. Nəzərə alaq ki, bu prosesdə həkimlər də iştirak edir və onlar imtahan iştirakçılarında müəyyən klinik əlamətlərə də diqqət edirlər. Əgər kimdəsə xroniki xəstəlik varsa, həmin abituriyent arayış təqdim etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti