...

Respublika Hərbi Prokurorluğuna 3 şöbə müdiri təyin edildi

Gündəm Materials 8 İyul 2020 14:45 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğuna yeni şöbə müdirləri təyin edilib.
Respublika Hərbi Prokurorluğuna 3 şöbə müdiri təyin edildi

Bakı. Samir Əli - Trend:

Respublika Hərbi Prokurorluğuna yeni şöbə müdirləri təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti