...

Paytaxtın Sabunçu rayonunda mərasim keçirilməsinin qarşısı alınıb (FOTO)

Gündəm Materials 30 Avqust 2020 21:34 (UTC +04:00)
Paytaxtın Sabunçu rayonunda mərasim keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin "Aşura" mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriiblər.

DIN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti