...

“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

Gündəm Materials 11 Sentyabr 2020 18:13 (UTC +04:00)
“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyətlərini şənbə və bazar günləri - 12 və 13 sentyabr tarixlərində də davam etdirəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə veriləcək.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti