Bakı. Ceyhun Ələkbərov - Trend:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) komendant saatının tətbiqi ilə bağlı ictimai nəqliyyatın hərəkəti barədə məlumat yayıb.
Xidmətin mətbuat katibi Nuridə Allahyarova Trend-ə deyib: "Hərbi vəziyyətin elan edilməsinə dair" Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 3.2.-ci bəndində nəqliyyatın məhdudlaşdırılmasına dair tədbirlərin görülməsinə dair tapşırığa uyğun olaraq, xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik.
Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!"