...

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

Gündəm Materials 8 Dekabr 2020 12:20 (UTC +04:00)
İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu elan edilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür. Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti