...

Qarabağa qayıdışla bağlı sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq - Akif Musayev

Gündəm Materials 29 Aprel 2021 16:27 (UTC +04:00)
Qarabağa qayıdışla bağlı sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq - Akif Musayev

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qarabağa qayıdışla bağlı sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Trend-in məlumatına görə, bu barədə məcburi köçkünlərin Qarabağda məskunlaşdırılması ilə bağlı aparılan tədqiqat işinin yerinə yetirilməsi ilə əlaqədar ADA Universitetinin nəzdində yaradılmış qrupun üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə sorğunun nəticələri açıqlanacaq: “Nəticələrdən asılı olaraq, hökumətə bu istiqamətdə təkliflər veriləcək. Bu da öz növbəsində Qarabağın bərpası ilə bağlı hazırlanan layihələrin tərkib hissəsi olacaq. Üzbəüz keçirilən sorğunun birinci mərhələsi də artıq bitib".

A.Musayev qeyd edib ki, sonuncu sorğu sahibkarlar arasında keçiriləcək. Sorğuda 250-300 nəfərin işitrakı nəzərdə tutulub. Bu sorğuya yaxın 10 gün ərzində başlanacaq.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti