...

“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb (FOTO/VİDEO)

Gündəm Materials 17 Avqust 2021 11:33 (UTC +04:00)
“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb (FOTO/VİDEO)

Bakı. Çingiz Səfərli - Trend:

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti