...

Bakıda bu ünvanda kəsilən ağacların yerinə yeniləri əkildi (FOTO/VİDEO)

Gündəm Materials 23 Sentyabr 2021 16:29 (UTC +04:00)
Bakıda bu ünvanda kəsilən ağacların yerinə yeniləri əkildi (FOTO/VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi, 74 ünvanında yerləşən "Oba Market"in qarşısında kəsilən ağacların yerində yeni ağaclar əkilib.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə bildirilib.

Qeyd edək ki, sentyabrın 23-də Trend BİA-da sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı xəbər dərc edilmişdi.

Yeni əkilən ağacların görüntüsünü təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti