...

Alban-Udi xristian dini icması Xocavəndin Çinarlı kəndinə səfər edib (FOTO)

Gündəm Materials 4 Noyabr 2021 12:22 (UTC +04:00)
Alban-Udi xristian dini icması Xocavəndin Çinarlı kəndinə səfər edib (FOTO)

Xocavənd. Trend:

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Çinarlı kəndinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində dini icma üzvləri Çinarlı kəndində qədim alban məbədi olan Ağxaç kilsəsini ziyarət ediblər.

Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti