...

Bakının bu hissəsində yerüstü piyada keçidinin inşası təxirə salınıb? - AÇIQLAMA (FOTO)

Gündəm 17 Yanvar 2022 15:03 (UTC +04:00)
Bakının bu hissəsində yerüstü piyada keçidinin inşası təxirə salınıb? - AÇIQLAMA (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidinin inşası planlaşdırılır.

Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problemlər yaşanan ərazidə, Mərdəkan prospekti ilə Qala-Pirallahı avtomobil yolunun kəsişməsində inşa edilməsi nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda yeni piyada keçidinin layihəsi aidiyyəti dövlət strukturlarında razılaşdırma mərhələsindədir:

"Layihə razılaşdırılandan sonra, maliyyə vəsaiti ayrılan kimi yerüstü piyada keçidinin inşasına başlanılacaq", - Agentlik rəsmisi qeyd edib.

Qeyd edək ki, piyada keçidinin inşası barədə məlumat bir neçə ay əvvəl ictimaiyyətə açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti