...

Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX

Gündəm 24 Yanvar 2022 06:48
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

Trend-in məlumatına görə, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. O bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən start verib.

"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxtayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək",-deyə A. Rzayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti