...

BMT-nin baş katibi Ukraynada böhran üzrə koordinator təyin edib

Gündəm Materials 26 Fevral 2022 08:11 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş sudanlı Amin Avadını BMT-nin Ukraynada böhran üzrə koordinatoru təyin edib.

Trend-in məlumatına görə, bu barədə BMT-nin saytında bildirilib.

"Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sudanlı Amin Avadını Ukraynada böhran üzrə koordinatoru təyin edib", - deyə qeyd olunub.

Bildirilir ki, A.Avad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsində bir sıra rəhbər vəzifələrdə çalışıb, humanitar məsələlər, strateji fəaliyyət, planlaşdırma və inkişaf sahələrində 30 ildən artıq təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti