...

Zelenski BMT-nin baş katibi ilə "Azovstal"dan mülki şəxslərin təxliyəsini müzakirə edib

Gündəm Materials 5 May 2022 01:59 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə danışıq zamanı "Azovstal" zavodundan yaralıların təxliyyəsinə köməklik göstərməyi xahiş edib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisindən bildiriblər.

Bildirilib ki, dövlət başçısı A.Quterreşlə telefon danışığı aparıb, söhbət zamanı "Azovstal"dan vətəndaşların təxliyyəsinin birinci mərhələsi və bu istiqamətdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

V.Zelenski A.Quterreşi "Azovstal"dan 121 nəfərin təxliyə olunduğu birinci mərhələnin uğurla həyata keçirildiyi barədə məlumat verib və təxliyə əməliyyatının uğurla davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Dövlət başçısı Ukrayna vətəndaşlarının "Azovstal"dan təxliyyəsi istiqamətində göstərdiyi səylərə görə BMT-nin baş katibinə şəxsən minnətdarlığını bildirib. O, "Azovstal"dan bütün yaralıların çıxarılmasına kömək etmək istəyi ilə A.Quterreşə müraciət edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti