...

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub

Gündəm Materials 18 May 2022 13:42 (UTC +04:00)
Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri çərçivəsində qardaş ölkənin ən nüfuzlu tibb ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Rektor xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında protokol imzalanıb: “Eyni zamanda, Hacettepe Universitetinin mütəxəssisləri ATU-da təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər”.

Çıxışı zamanı səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də geniş əməkdaşlıq mövcuddur: “Eyni zamanda, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti Türkiyənin ən nüfuzlu universitetləri, həmçinin Hacettepe Universiteti ilə səmərəli əməkdaşlıq edir”.

Tədbirdə ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti