...

1.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən məmur oğlu bəraət aldı

Gündəm Materials 13 İyul 2022 12:07 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Həşimlinin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxsin günahı sübuta yetirilməıdiyindən ona bəraət verilib .

Xatırladaq ki, E.Həşimli Bakının Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

O, biznesmen Möhkəm Səmədova yalan vədlər verərək, 1.5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti