...

Bakıda heroin alverində təqsirləndirilən şəxsə bəraət verildi

Gündəm Materials 15 İyul 2022 14:26 (UTC +04:00)
Bakıda heroin alverində təqsirləndirilən şəxsə bəraət verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Eş Hüseynovun cinayətdə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib.

E.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Bu şəxsdən 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti