...

Sürücü təhqir olunduğuna görə sərnişinləri avtobusdan düşürüb - Şirkət

Gündəm Materials 22 Sentyabr 2022 12:26 (UTC +04:00)
Sürücü təhqir olunduğuna görə sərnişinləri avtobusdan düşürüb - Şirkət
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda sərnişinləri yolda düşürərək marşrut üzrə hərəkətdən imtina edən 119 saylı marşrut xəttinin sürücüsü işdən kənarlaşdırılıb.

Bu barədə Trend-ə "Xalid Faiqoğlu" şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün saat 08:20 radələrində Xırdalandan Bakı istiqamətinə sərnişindaşıma xidməti göstərən 119 saylı müntəzəm marşrut xəttində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlu işdən müvəqqəti kənarlaşdırılıb və onun izahatı alınıb. Həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edilən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinədək gətirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir",- məlumatda bildirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə 119 saylı marşrut xətti ilə hərəkətdə olan sürücü yolda sərnişinləri düşürərək avtobusu idarə etməkdən imtina edib. Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti