...

Bakı hava limanında qəza enişi edən Sinqapur-London reysinin sərnişinləri digər təyyarə ilə yola düşəcəklər (FOTO)

Gündəm Materials 23 Dekabr 2022 15:17 (UTC +04:00)
Bakı hava limanında qəza enişi edən Sinqapur-London reysinin sərnişinləri digər təyyarə ilə yola düşəcəklər (FOTO)

Bakı. Trend:

"Qantas Airways" aviaşirkətinin Bakı hava limanında qəza eniş edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə bildirilib.

Qeyd edilib ki, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş edib.

Qeyd edək ki, A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti