...

Dərs yükünün məzmununa yenidən baxılmalıdır - Dövlət Agentliyinin direktoru

Gündəm Materials 28 Noyabr 2023 11:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dərs yükü tədris planları ilə təşkil olunur.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

“Dərs yükünün ağırlığı yox onun məzmununa yenidən baxılmalıdır. Hansısa fənnlərin dəyişdirilməsi yolu nəzərdə tutulur. Dərs yükünün çox olması ilə bağlı nə isə etməyə ehtiyac yoxdur”,- deyə o bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Xəbər lenti

Xəbər lenti