...

"Google" ilk okeanaltı internet kabeli layihəsini elan edib

Gündəm Materials 17 Yanvar 2024 16:19 (UTC +04:00)
"Google" ilk okeanaltı internet kabeli layihəsini elan edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Google" Cənubi Amerika və Asiya-Sakit okeanı birləşdirən ilk okeanaltı internet kabeli layihəsini elan edib.

Trend xəbər verir ki, 400 milyon dollar dəyərində olan Humboldt layihəsində 14 min 800 kilometrlik kabel xətti qurulacaq.

Beləliklə, amerikalı texnologiya nəhəngi indi Sakit okeanı regionunda internet bağlantılarının etibarlılığı və çevikliyini təmin etmək üçün yeni okeanaltı kabel çəkir.

Qeyd edək ki, layihə "Google" şirkəti ilə yanaşı dövlət təşkilatları və investisiya fondları arasındakı əməkdaşlıq nəticəsində reallaşacaq.

"Google" Çilinin infrastruktur fondu Desarrollo País of Chile və fransanın Telecommunications of French Polynesia qurumu, o cümlədən, digər tərəfdaşlarla birlikdə Avstraliya və Çilini Sakit okeanı vasitəsi ilə birləşdirən 14800 km uzunluğundakı okeanaltı internet kabeli layihəsini elan edib.

"Google" bildirir ki, Humboldt adı verilən bu layihə Cənubi Amerika ilə Asiya-Sakit okeanı birləşdirən ilk birbaşa kabel marşrutu layihəsidir. Ümumiyyətlə Çili hökuməti 2016-cı ildən Cənubi Amerika ilə Asiya-Sakit Okean regionu arasında birbaşa fiber optik əlaqə üzərində işləyir. Humboldt layihəsinin isə 2026-cı ilə qədər tamamlanacağı gözlənilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti