...

Ankara və Bağdad terrorizmlə mübarizə tədbirlərini sıx əlaqələndirirlər - Türkiyə MN

Gündəm Materials 13 Mart 2024 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi İraq hakimiyyəti ilə terrorizmlə mübarizə tədbirlərinin sıx şəkildə əlaqələndirildiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu komandanı, general Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə görüş keçirib.

“Görüş İraqın şimalındakı Pəncə-Kilid antiterror əməliyyatı zonasında keçirilib. İraq vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları, həmçinin Türkiyə sərhədində terror təhdidlərinə qarşı mübarizə istiqamətində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti